Nərgizxanım Biləndərli ABB-in yeni direktoru vəzifəsinə təyin edildi

17:28 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni  təyinat olub.

Bankın saytında təqdim edilən məlumata görə, Nərgizxanım Biləndərli korporativ biznes  üzrə baş direktor təyin olundu.

Nərgizxanım Biləndərli bank sektorunda 1995-ci ildən fəaliyyət göstərir və indiyə qədər  "Bank of Baku" ASC  və  "Bank Standard" QSC-də fəaliyyət göstərmişdi. Sonuncu təyinatına qədər isə iş yeri  Bank VTB (Azerbaijan) olub.

 

Вся лента