İlham Əliyev avtomobil yolunun tikintisi üçün 4 milyon manat ayırıb

11:14 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Samux rayonunda yolun tikintisi ilə bağlı sərəncam imzalayıb.

Dövlət başçısının sərəncamına əsasən, 2018-ci ilin dövlət büdcəsindən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 4 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Вся лента