Bakı-Sumqayıt avtomobil yolu bu gün bir neçə saatlıq bağlanacaq

11:16 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sürücüləri xəbərdar edir.

Dövlət Agentliyinin məlumatına görə, bu gün səhər Bakı-Sumqayıt yolunda (Xırdalan dairəsinin altından keçən  tuneldə) YNH baş verib.

“Qəzadan sonra sədlər tamamilə yararsız hala düşüb. Bu gün saat 11:00-dan başlayaraq təhlükəsizlik sədləri təmir ediləcək. Yolun iş gedən zolaqları həm Bakı, həm də Sumqayıt şəhəri istiqamətində tam məhdudlaşdırılacaq, digər zolaqlarda isə hərəkət davam edəcək. İşlər, təxminən, 3-4 saat müddətində yekunlaşdırılacaq”, - məlumatda belə deyilir.

 

Вся лента