Özəl sektor Azərbaycanda sosial ödənişlər üzrə daxilolmaların proqnozunun 104 faizini təmin edib

12:48 - 6.08.2018


6 avqust, Fineko/abc.az. Yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 2237,61 milyon manat təşkil edib.

DSMF-in məlumatında deyilir ki, Fondun gəlirləri 11,96% və ya 239,11 milyon manat artıb.

“DSMF-in icbari sosial sığortadan olan  daxilolmaları üzrə gəlirləri 11,14% və ya 131,47 milyon manat artaraq, və 1312,11 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.

Məlumatda  qeyd edilir ki, yeddi ay  üzrə daxilolmaların  63,15%-i və ya 828,57 milyon manatı özəl sektora aid olub ki, bu da özəl sektordan olan daxilolmalar üzrə proqnozun 104,23% səviyyəsində yerinə yetirilməsi  deməkdir.

 

Вся лента