Azərbaycanla İran arasında “Şimal-Cənub” marşrutu ilə yük daşımalarının artması müzakirə edilib

11:17 - 7.08.2018


7 avqust, Fineko/abc.az. Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İranda səfərdədir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın sözlərinə əsasən, nazir, Tehran şəhərində keçirilən 24-cü ELECOMP sərgisində iştirak edib.

“Sərgidə iştirakı  çərçivəsində nazir İranın Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşüb. İranın yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə Ramin Quluzadə  beynəlxalq daşımalarda sərhəddə problemlərin aradan qaldırılması, həmçinin, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması məsələləri müzakirə edib”, - N. Allahyarova belə deyib.

 

Вся лента