Sabah Bakıda güclü külək əsəcək, yağış yağacaq

01.11.2017,16:34


Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi elan edib ki, sabah Bakıda və Abşeron yarımadasında hava çiskin olacaq, arabir açılacaq, gecə və səhər saatlarında arabir yağış yağacağı proqnozlaşdırılır.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

“Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti, Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16 isti olacağı gözlənilir”, - məlumatda belə deyilir.

Ölkə bölgələrinin bəzi yerlərində sabah, noyabrın 2-də, arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır, gündüz əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər saatlarında duman olacaq, arabir güclənən qərb küləyi üstünlük təşkil edəcək. Gecə havanın temperaturu 6-11, gündüz 14-19 isti təşkil edəcək.  Dağlarda isə gecə temperatur 0-4, gündüz isə 5-10 dərəcə təşkil edəcək.

 

Ключевые слова: külək yağış hava