Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün növbəti sınaq imtahanı keçirilir

10:35 - 11.08.2018


11 avqust, Fineko/abc.az. Avqustun 11-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.

DİM-dən bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə sınaq imtahanı saat 10-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Qeyd edək ki, imtahanda iştirak üçün qeydiyyata iyulun 23-də başlanılıb. İndiyədək AA vəzifə qrupu üzrə 1, BA qrupu üzrə 9, BB qrupu üzrə 18 nəfər olmaqla, cəmi 28 nəfər qeydiyyatdan keçib.

Вся лента