Bank VTB (Azərbaycan) ASC resaykling funksiyalı bankomatın alınması ilə əlaqədar açıq tender elan edir

11:31 - 13.08.2018


13 avqust, Fineko/abc.az. Bank VTB (Azərbaycan) ASC resaykling funksiyalı bankomatın alınması ilə əlaqədar tender elan edir.
Bankdan təqdim edilən məlumata əsasən, tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) təqdim edilməlidir. 
“Sənədlər 20 avqust 2018-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir”, - məlumatda belə deyilir.

Əlaqələndirici şəxs: Tender Komitəsinin katibi Elşən  Mahmudov
Telefon: 012 492-00-80 (daxili nömrə 1233); Faks: 012 437-71-21; Mob.: 055 212 03 31

Вся лента