Bakı-Quba-Rusiya sərhədi yolunda nişanlama xətləri çəkilir

11:37 - 13.08.2018


13 avqust, Fineko/abc.az.  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yol təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməkdə davam edir. 
AAYDA xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 0-12 kilometrində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş sahənin təmiri aparılacaq.
“Eyni zamanda, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160-cı kilometrliyində  nişanlama xətlərinin çəkilməsi işləri aparılacaq. Bu sahədə aparılan işlər də həmçinin axşam saatlarına qədər tamamlanacaq”, - məlumatda belə deyilir.

 

Вся лента