Azərbaycanda ilin birinci yarısında qeyri-neft ixracı faktiki qiymətlər üzrə 15% artıb

12:37 - 13.08.2018


13 avqust, Fineko/abc.az. Yanvar-iyun aylarında Azərbaycan 846,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib.
Dövlət Statistika Komitəsindən  bildiriblər ki, qeyri-neft ixracının artımı keçən ilin analoji aylarına nisbətən faktiki qiymətlərlə 15%, real ifadədə isə 4,7% təşkil edib.
“Əsasən, təzə meyvə (51,9%), meyvə və tərəvəz konservləri (30,8%), alüminium (22,5%), pambıq lifi (14,4%) ixracı artıb, tütün (13,3%), çay (18,5%), qara metallardan yarımfabrikatlar (75,6%) ixracı isə azalıb”, - məlumatda belə deyilir.

Dövləlt Komitəsindən xəbər verildi ki, ilin birinci yarısında buğda 22,2%, bitki yağları 44,5%, təzə meyvələr 49,1%, qara metallardan borular 87%, minik avtomobilləri idxalı 2,9 dəfə artıb, siqaret 4,9%, mal əti 25,8%, təzə tərəvəzlər idxalı isə  47,4% azalıb. 

Вся лента