“Atəşgah” şirkətlər qrupu yarım il müddətində yığımları təxminən 50 milyon manata çatdırıb

12:54 - 14.08.2018


14 avqust, Fineko/abc.az. Azərbaycanın “Atəşgah” sığorta qrupu ilin birinci yarısında fəaliyyətinin nəticələrini yekunlaşdırıb.

“Atəşgah”ın məlumatında deyilir ki, yanvar-iyun aylarında qrupa daxil olan şirkətlərin mükafatları 48 milyon manat təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində sığorta haqlarının həcmi  19 840 222  manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 3 191 973 manat və ya 19% artmışdır. Sığorta ödənişlərinin həcmi isə 9 751 863 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə  2 223 677 manat və ya  29% çoxdur. Ödənişlərin əksəriyyəti sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği, 6,2% faiz artımla 5 529 190 manat təşkil etmişdir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları 77,22% artaraq 28 165 000  manat təşkil etmişdir.

 

Вся лента