Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını təyin etdi

02.11.2017,12:35


Azərbaycan Mərkəzi Bankı növbəti depozit hərracını 6 noyabr tarixinə təyin etdi.

AMB-nın  məlumatında deyildiyi kimi, hərrac vasitəsilə 10,01-14,99% dərəcəsi üzrə  100 milyon manat cəlb etmək planlaşdırılır.

“Vəsaitlər 14 günə cəlb ediləcək”, - AMB-nın məlumatında belə deyilmişdir.

AMB-nın depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən keçirilir.

 

Ключевые слова: depozit hərracını