Bakıda Kür çayının çirklənməsi səbəbindən su təchizatında məhdudiyyətlər olacaq

11:28 - 15.08.2018


15 avqust, Fineko/abc.az. “Azərsu” milli su operatoru su təchizatında kəsintilər barədə xəbərdarlıq edir.

“Azərsu” xəbər verir ki, Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə, həmçinin Hacıqabul rayonunun yaşayış məntəqələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

“Suyun verilməsində məhdudiyyətlər, son günlər intensiv yağıntılardan sonra Kür çayında bulanıqlıq səviyyəsinin yüksəlməsilə bağlıdır”, - məlumatda belə deyilir.

Вся лента