Azərbaycanda intensiv hərəkətli yüksək sürətli yollarda 19 piyada keçidi təşkil olunacaq

12:47 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) piyadaların təhlükəsizliyini təmin etmək üzrə tədbirlər görməkdə davam edir.

BNA-in məluamtında deyilir ki, Agentlik, 19 müxtəlif səviyyəli piyada keçidinin yerinin müəyyən  edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təkliflər  təqdim edib.

“Yeni piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi,  Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistrallarında təşkil edilməsi nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, piyada keçidlərinin təşkili üçün yerlər, Agentliyin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.

 

Вся лента