Avqustun 16-na olan hava proqnozu

14:12 - 15.08.2018


15 avqust, Fineko/abc.az. Sabah, avqustun 16-da Bakıda və Abşeronda hava yağmursuz, dəyişkən buludlu olacaq. Şimal-şərq küləyi əsəcək.

Abşeronda gecə 21-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində, yəni 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 50-65% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında avqustun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 19-24, gündüz  29-34 isti, dağlarda gecə 10-15, gündüz  18-23 dərəcə isti olacaq.

 

 

Вся лента