AMB 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirib

09:10 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən gün qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatına görə, avqustun 15-də AMB hərracda 50101070S nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətinə notlar təklif etmişdir.

11 investordan 383 623,0 min manat məbləğində 18 sifariş daxil olmuşdur. İnvestorlar notlar üçün 99,2290 manatdan (gəlirlilik 9,99%) 99,3812 manata qədər (8,01%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,3056 manat (gəlirlilik 8,99%), orta ölçülmüş qiymət isə 99,3451 manat (gəlirlilik 8,4756%)  səviyyəsində müəyyən edilmişdir.

Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 12 sentyabr 2018-ci il.

 

Вся лента