Azərbaycan neftinin qiyməti düşüb

10:38 - 16.08.2018


16 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  2,15 dollar (2,91%) enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 71,68 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  15 avqust tarixli ticarətin nəticəsində 2,03 dollar (3,03%) enərək bir barelə 65,01 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 15 avqust tarixli ticarətin nəticəsində 1,70 dollar (2,35%) enərək  bir barelə 70,76 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 15 avqust tarixli ticarətin nəticəsində 5,75 dollar/barelə təşkil edir.

 

Вся лента