Zakir Qaralov Saatlıda keçirəcəyi qəbulun vaxtı dəyişdirilib

12:00 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun Şirvan şəhərinin, Saatlı, Sabirabad, Salyan və Hacıqabul rayonlarının sakinləri üçün avqustun 17-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbul avqustun 24-də saat 10:00-da Saatlı Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək.

 

Вся лента