2018-ci ildə doğum və ölüm halları keçən ilə nisbətən azalıb

12:10 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 66166 yeni doğulmuş körpə qeydiyyata alınmışdır ki, bu da keçən ilin eyni dövrünün göstəricisindən 2 719 nəfər  azdır.

Dövlət Statistika Komitəsindən xəbər verilir ki, 2018-ci il iyulun 1-dək yeni doğulmuş körpələrin sayı hər 1000 nəfərə 13,6 təşkil edir.

Körpələrin ümumi sayından 1223 nəfər əkiz, 45 nəfər isə üçəmdir.

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi   47% təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir).

Yeni doğulmuşların cinsiyyət nisbətinin pozulması əhalinin ümumi cinsi nisbətinə təsir göstərib. Belə ki, hər 1000 kişiyə 1005 qadın düşür.

Bundan əlavə, Azərbaycanda ölüm halları azalıb.

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 29 292 ölüm halı qeydə alınıb.

Ötən ilin göstəricisi  ilə müqayisədə ölüm səviyyəsi hər 1000 nəfərə 6.1-dən 6-dək azalıb.

 

Вся лента