Azərbaycan 2018-ci ilin yanvar-iyul aylarında neft hasilatını artırıb

12:16 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Azərbaycan 2018-ci ilin yanvar-iyul aylarında neft hasilatını ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artırıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda neft hasilatı 22 566,4 min ton, o cümlədən əmtəə neftinin həcmi 22 536,1 min ton, həmçinin artım 0,3%  təşkil edib.

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 16 946,9 milyon kubmetr qaz hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur. Eyni zamanda, hesabat dövründə əmtəə qazın hasilatı 10,475,3 milyon kubmetr təşkil edib ki, bu da keçən illə müqayisədə 3,6% azdır.

 

Вся лента