“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək

14:30 - 16.08.2018


16 avqust, Fineko/abc.az. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı ilə əlaqədar 22 və 23 avqust 2018-ci il tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək.

Bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcədə “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Təmir-Tikinti İdarəsində, Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz İstismar Sahəsində, Regional Qaz İstismar İdarələrində və Xidmət sahələrində məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

 

Вся лента