Azərbaycanda əhalinin pul gəlirləri 9,4% artıb

14:58 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin pul gəlirləri 30 331 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9,4% çoxdur.

Dövlət Statistika Komitəsi məlumat verir ki, cari ilin 7 ayında adambaşına nominal pul gəlirləri 3094,8 manat təşkil edib ki, bu da keçən ilin eyni göstəricisindən 8,4% çoxdur.

Bütün vergilər və digər icbari ödənişlər ödənildikdən sonra əhalinin sərəncamında 27 905,4 milyon manat həcmində gəlir qalır ki, bu da 2017-ci ilin yanvar-iyul aylarının göstəricisindən 9,9% çoxdur.

2018-ci ilin yanvar-iyul aylarının nəticəsi üzrə Azərbaycanda orta illik inflyasiya 2,8% təşkil edib.

 

Вся лента