2018-ci ilin 7 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 6,5% artıb

15:10 - 16.08.2018


16 avqust, Fineko/abc.az. 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4100,2 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,5% çoxdur.

Dövlət Statistika Komitəsi məlumat verir ki, 2018-ci ilin 7 ayı ərzində heyvandarlıq məhsullarının

istehsalı 2,5%, bitkiçilik məhsullarının istehsalı isə 11,0% artmışdır.

Belə ki, yanvar-iyul aylarında respublikada 280,8 min ton ət  (3% artım), 1199,4 min ton süd (1,2% artım), 1 022,4 milyon yumurta (0,7% artım) istehsal edilmişdir.

Məlumatda deyilir ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində  Azərbaycanda 2995,3 min ton dənli və dənli paxlallı bitliklər, o cümlədən, qarğıdalı (14% artım), 534,2 min ton kartof (1,5% artım), 925,7 min tərəvəz (15,6% artım), 207,4 min ton meyvə (2,7% artım) yığılmışdır.

 

Вся лента