2018-ci ilin birinci yarısında 120 mindən çox iş yeri açılıb

15:42 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Bu ilin birinci yarısında 122,3 min yeni iş yeri açılmış, onlardan 64,7 mini daimi iş yerləridir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2014-cü il yanvarın 1-dən 2018-ci ilin iyulun 1-dək  843,5 min iş yeri açılmış, onlardan 595,1 min iş yeri daimidir.

Bu dövrdə yaradılmış iş yerlərinin 44,2 faizi qeyri-dövlət sektorunda açılmışdır. Yeni iş yerlərinin 25,0 faizi Bakı şəhərinin, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o

cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz,

0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.

2018-ci ilin birinci yarısında ölkədə 22,6 min iş yeri bağlanıb. Qeyri-dövlət sektorunun payına  91,4% bağlanmış iş yeri düşür.

 

Вся лента