Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib

18:00 - 16.08.2018


16 avqust, Fineko/abc.az. Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həmçinin bir nəfər 2-ci, bir nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 14 nəfər “Vətən uğrunda”, 4 nəfər “İgidliyə görə”, 23 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.

Dövlətimizin başçısının digər Sərəncamı ilə iki nəfərə “general-leytenant”, 3 nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Azərbaycan Prezidentinin başqa bir Sərəncamına əsasən isə üç nəfər “Əməkdar artist”, bir nəfər “Əməkdar müəllim”, bir nəfər “Əməkdar həkim”, bir nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, bir nəfər “Əməkdar mühəndis”, bir nəfər “Əməkdar tibb işçisi” fəxri adları ilə təltif ediliblər.

Вся лента