2018-ci il 12 iyul tarixdə elan edilmiş müsabiqəni keçirilmə qrafiki müəyyən edilmişdir

09:45 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Elan üzrə 8 dövlət orqanında mövcud olan və B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 58 vakant vəzifə müsahibəyə çıxarılmış və yalnız Şəki Apellyasiya Məhkəməsində olan 16 vakant vəzifəyə namizədlər tərəfindən müraciət olunmamışdır. Elana çıxarılan vəzifələr üzrə ümumilikdə 280 namizəd qeydiyyatdan keçmiş və həmin namizədlərlə 452 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Şəki regional “ASAN xidmət” mərkəzində böyük məsləhətçi (1 vakant yer üzrə 68 namizəd), İmişli regional “ASAN xidmət” mərkəzində böyük məsləhətçi (1 vakant yer üzrə 51 namizəd), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində aparıcı məsləhətçi (1 vakant yer üzrə 43) vəzifələri olmuşdur.

Müsahibələrin 2018-ci il 27 avqust - 21 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

 

Вся лента