Azərbaycan neftinin qiyməti yüksəldi

10:37 - 17.08.2018


17 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,93 dollar (1,30%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 72,61 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  16 avqust tarixli ticarətin nəticəsində 0,45 dollar (0,69%) yüksələrək bir barelə 65,46 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 16 avqust tarixli ticarətin nəticəsində 0,67 dollar (0,95%) yüksələrək  bir barelə 71,43 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 16 avqust tarixli ticarətin nəticəsində 5,97 dollar / barelə təşkil edir.

 

Вся лента