Azərbaycanda ilin əvvəlindən dəmir yolu nəqliyyatı ilə 1,5 milyon sərnişin daşınıb

12:12 - 17.08.2018


17 avqust, Fineko/abc.az.  Azərbaycanda yanvar-iyul aylarında 1 milyon 505,2 min sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, sərnişin daşınmasında artım, keçən ilin analoji dövrü ilə müqayisədə, 6,2% təşkil edib.

“Həmçinin hesabat dövründə orta hesabla sutkada 340 vaqon yüklənib, 399 vaqon isə boşaldılıb”, - məlumatda belə deyilir.

 

Вся лента