Moody`s: ARDNŞ Türkiyədəki investisiyalarının qarşılığını vaxtında ala bilməyəcək

17.08.2018,12:28


17 avqust, Fineko/abc.az. “Moody`s” Beynəlxalq reytinq agentliyi Türkiyədə  lirənin ucuzlaşması və bu vəziyyətin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) fəaliyyətinə təsiri ilə bağlı icmal təqdim edib.

İcmalda deyilir ki,  türk lirəsinin devalvasiyası ARDNŞ üçün dollar investisiyalarının ödənilməsi ilə problemlər yaradacaq.

ARDNŞ 2017-ci ilin sonunda törəmə şirkət olan  SOCAR-Turkey Yatirim AS (STYAS) filialının fəaliyyətinə STAR neft emalı zavodunun tikintisi üçün 12,2 milyard manat sərmayə yatırıb və bu da nə 6,3 milyard dollar həcmində qiymətləndirilir.

“İldə 10 milyon ton emal həcminə malik olan neft emalı zavodu 2018-ci ilin oktyabrında istismara veriləcək. ARDNŞ zavodun tikintisinə banklardan 3,3 milyard dollar cəlb edib, Azərbaycan tərəfi isə daha 3 milyard dollar investisiya yatırıb. 2017-ci ildə şirkət layihəyə 345 milyon dollar yatırıb, 2018-ci ildə layihəyə daha 600 milyon dollar sərmayə qoyulacaqdır. Lirənin zəifləməsi ARDNŞ-nin STAR zavodunda yatırılan investisiyaların ödənilməsi müddətinin uzadılmasına gətirib çıxaracaq”, - icmalda belə deyilir.

İcmalda qeyd edilir ki, lirənin ucuzlaşması 2017-ci ilin sonunda xarici borcları 1,4 milyard dollar səviyyəsində qiymətləndirilən Petkim neft-kimya kompleksi fəaliyyətlərinə mənfi təsir edə bilər.

Petkim, nafta istehlakçısı kimi xam neftin qiymətlərinin dəyişkənliyinə məruz qalıb və bu da xammalın alınmasına xərclərin artırılmasına və gəlirliliyin azalmasına gətirib çıxara bilər. lirənin ucuzlaşması həmçinin SOCAR Turkiye Enerji-nin 2021-ci ildə IPO-nun keçirilməsinə dair planlarını dəyişə bilər.

 

 

Ключевые слова: SOCAR ARDNŞ Moody`s