Malayziyanın Azərbaycandakı səfiri diplomatik fəaliyyətini başa çatdırdı

15:50 - 17.08.2018


17 avqust, Fineko/abc.az. Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in məlumatında deyilir ki, görüşdə iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıq, xüsusilə enerji və iqtisadi sahələrdə əlaqələrin inkişafında əldə olunan irəliləyişlərdən məmnunluq ifadə olundu. 

Elmar Məmmədyarov səfirin iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi.

Diplomat öz fəaliyyətində göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün hər cür səy göstərdiyini vurğuladı.

Elmar Məmmədyarov Dato Roslan Tan Sri Abdul Rəhmana gələcək fəaliyyətində uğurlar arzuladı.

 

 

Вся лента