Təmir işləri əlaqədar Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılacaq

14:00 - 19.08.2018


19 avqust, Fineko/abc.az Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılır.

Sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

Вся лента