Azərbaycanda benzin bahalaşdı

10:15 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Azərbaycanda dünən axşamdan etibarən idxal olunan benzinin qiyməti qaldırılıb.

Ölkənin yanacaqdoldurma məntəqələrində Premium (AI-95) markalı benzin 1,50 manata (əvvəllər 1,25 manat) satılır, Super Premium (AI-98) markalı benzinin qiyməti isə 0,10 manatdan 1,60 manatadək artıb.

Qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən yerli istehsal olunan benzinin qiyməti dəyişməyib və 0,90 manata bərabərdir.

 

Вся лента