Prezident Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib

12:40 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Avqustun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 25 illiyi münasibətilə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xidmətin bir qrup hərbi qulluqçusu təltif edilib.

Prezidentin Sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Həmçinin iki nəfər 2-ci dərəcəli, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 9 nəfər “Vətən uğrunda”, 9 nəfər “İgidliyə görə”, 25 nəfər “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

 

Вся лента