Azərbaycan Dəmir Yolları gücləndirilmiş iş rejiminə keçir

15:41 - 20.08.2018


20 avqust, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban Bayramı ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçir.

ADY-in məlumatında deyilir ki, bayram günlərində, sərnişin axınının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar birləşdiriləcək.

Bilet  satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

 

Вся лента