Eldar Hacıyev: Bakı Beynəlxalq Aeroportu öz imkanlarının yarısından azını istifadə edir

15:43 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Heydər Əliyev Beynəlxalq Aeroportu ildə 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-in  vitse-prezidenti Eldar Hacıyev  ato.ru icmalına verdiyi müsahibədə bildirib ki, 2017-ci ilin yekununda aeroport 4,06 milyon sərnişinə xidmət göstərib ki, bu da onun imkanlarının yarısından azdır.

“Yəni biz, infrastruktura əhəmiyyətli sərmayə qoymadan, inkişaf etmək üçün imkanlarımız var. Haızrda aeroportdan 30-dan çox aviaşirkət  40-dan çox istiqamətdə uçuşlar həyata keçirir. Səyahət üçün ən populyar 10 şəhər İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Sharjah, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-iyun aylarında bu marşrutlarda sərnişin axını 1,25 milyon nəfərə çatdı. 2018-ci ilin birinci yarısında Heydər Əliyev Beynəlxalq Aeroportu 1,96 milyon nəfərə xidmət göstərib (2017-ci ilin eyni dövrünə nisbətən 14% artım olub), bunun 86%-i beynəlxalq reyslərin sərnişinləridir. Hava xəttinin ümumi sərnişin axınında, milli daşıyıcının payına 815 min nəfər (41,5%), “Buta Airways” loukosterin payına isə 216 min nəfər (11%) düşüb”, - deyə E. Hacıyev bildirib.

Onun sözlərinə görə, marşrut şəbəkəsinin daha da inkişaf etdirilməsini təmin etmək üçün AZAL aviaparkı genişləndirməyi planlaşdırır. 

“Lakin, daşıyıcı hələ ki qrafikdən bir az geri qalır: AZAL-ın ilin sonuna qədər alacağı nəzərdə tutulan ilk Boeing 737MAX-8 tədarükü 2019-cu ilin oktyabrına keçirilir. 10 ədəd maşın onların sifarişçisi  Azərbaycanın “Silk Way” holdinqi tərəfindən operatora veriləcək”, - E.Hacıyev belə deyib.

 

Вся лента