Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

16:08 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcəkdir.

Bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilmiş, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılmışdır.

 

Вся лента