“Thompson Aero Seating” Azərbaycanın “AZAL” hava daşıyıcısının sifarişini yerinə yetirməyi çatdırmır

16:16 - 20.08.2018


20 avqust, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) QSC 2017-ci ilin aprel ayında Boeing 737MAX-8 təyyarəsinin alınması üçün 1,1 milyard dollar dəyərində müqavilənin bağlanılmasını bildirmişdir.

AZAL-ın vitse-prezidenti Eldar Hacıyev  ato.ru icmalına verdiyi müsahibədə bildirib ki, təyyarələrin tədarükü 2018-2020-ci illərə planlaşdırılmışdır.

“Hava gəmisinin (HG) tədarük edilməsində gecikmələr  bununla bağlıdır ki, Şimali İrlandiyanın premium sinif sərnişin kürsüləri istehsalçısı olan  “Thompson Aero Seating” şirkəti yeni təyyarələr üçün açılıb yataqlara çevrilən biznes kürsüləri istehsal etməyi çatdırmır. Bununla belə, operator sifarişin yerinə yetiriləcəyini səbrlə gözləməyə hazırdır, AZAL, 2021–2023-cü illərə doğru, hətta yaxın  reyslərdə də biznes sinifin açılmayan kürsülərindən tamamilə imtina etməyi planlaşdırır”, - E.Hacıyev belə deyib. 

Onun sözlərinə görə, yeni “Boeing 737MAX-8” təyyarələri, tədarükün başa çatdırılmasından sonra operatorun parkından çıxarılacaq “Boeing 757-200” təyyarələrin əvəzinə gələcək. “Airbus A320” ailəsindən olan təyyarələri, hava daşıyıcısı tamamilə ekonom sinifə yenidən konfiqurasiya etməyi və  yalnız çarter istiqamətlərində istifadə etməyi planlaşdırır.  Həmçinin AZAL daha 5 ədəd “Boeing 787-8” təyyarəsinin alınmasına dair müqaviləyə imza qoyub. Onların tədarük edilməsi 2019–2020-ci illərə planlaşdırılıb.

“HG avia texnikasının  alınması və ya lizinqi üçün AZAL  aviaşirkəti Azərbaycan hökumətindən heç bir subsidiya və dövlət zəmanəti almır, ona görə də milli və xarici kredit təşkilatlarının xidmətlərindən istifadə edir”, - E.Hacıyev belə deyib.

 

Вся лента