Bakı Şopinq Festivalında lotoreya sevinci

09:56 - 3.11.2017


Lotoreyada olacaq uduşlar açıqlandı – TV-lər, tozsoranlar, kameralar, sobalar, mobil telefonlar və daha nələr, nələr...

Oktyabrın 15-dən paytaxt Bakıda yerli əhalinin, eləcə də şəhərimizin qonaqlarının böyük maraq və sevincinə səbəb olmuş II Bakı Şopinq Festivalı daimi yeniliklərlə hər kəsi daha da sevindirməyi bacarır. İnsanları Bakı Şopinq Festivalından faydalanmağı, eyni zamanda sevindirməyi qarşısına məqsəd qoyan təşkilatçılar, hər birinizi bu festival çərçivəsində lotoreya uduşlarına dəvət edir.

Söz verildiyi kimi, festivalda iştirak edən mağazalardan əldə etdiyiniz kuponların lotoreya uduşlarının sayı və çərçivəsi açıqlandı. Uduşda 20 mindən çox bilet hədiyyə qazandıracaq. Bu lotoreyaların uduşunda festival iştirakçısı olan mağazalarda həm yerli vətəndaşlar, həm də şəhərimizin əcnəbi qonaqları iştirak edə biləcəklər.

Bakı Şopinq Festivalının son iki həftəsi ərzində keçirilən lotoreya hamını qazandırmağa davam edir! Lotoreya iştirakçılarına “Metro Park”-dan 20 ədəd TV, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketdən 20 ədəd mobil telefon, “Baku Electronics”-dən 20 ədəd tozsoran, “Optimal Electronics”-dən 20 ədəd soba hədiyyə olaraq təqdim olunacaq. Bununla yanaşı, bu linkdə göstərilən saysız-hesabsız hədiyyələrin sahibi ola bilərsinz http://bakushopfest.com/lotereya/lotereya-hediyyeleri/ !

Lotoreyada necə iştirak etmək olar? Çox asan!

Bu gündən etibarən 25 noyabradək Festival mağazalarından 1 dəfəyə 100 AZN-dən artıq hər alış-veriş etdikdə siz "Festival Sürprizləri" adlı ani stilmullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanırsınız! Lotereyə biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanızı Bakı Şopinq Festivalının "Məlumat Masası"-na təqdim edin və dəyərli prizləri dərhal əldə etmək şansını qazanın! Hər 100 AZN-dən 500 AZN-dək alış-verişə  1 bilet, 500 AZN və daha çox alış-verişə isə 2 bilet düşür. Bileti yerində pozun və bir-birindən dəyərli uduşlar qazanın!

Lotereya haqqında ətraflı məlumat www.bakushopfest.com/lotereya/

DİQQƏT! 15 oktyab-15 noyabr müddətində Bakı Şopinq Festivalında iştirak edən mağazalarda Tax Free  xidmətindən yararlanan  hər  bir alıcı Vergi Hesab Fakturasını təqdim etməklə festival lotereyasının iştirakçısı ola bilər.

 


Вся лента