Azərbaycanda banklar gücləndirilmiş iş rejimində işləyəcəklər

16:27 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bayram günlərində   banklara gücləndirilmiş rejimdə işləməyi tövsiyə edib.

MBNP-in məlumatında deyilir ki, banklar Qurban bayramı münasibətilə 22-23 avqust tarixlərində gücləndirilmiş iş rejimində işləyəcəklər.

“Bayram günlərində 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək”, - məlumatda belə deyilir.

 

Вся лента