Hesab.az platformasından müştəri məmnuniyyəti üçün yeni addımlar

16:40 - 20.08.2018


20 avqust, Fineko/abc.az. Texnologiya ilə birlikdə həyat tərzinin də yenidən formalaşdığı bir dünyada, Azərbaycan maliyyə bazarında və dəyişən dünyada daha yaxşı xidmət vermək üçün müştəri mərkəzli olunması lazım olduğu fikrini dəstəkləyən GoldenPay bu mövzuda işlərinə sürətli davam etdirir.

Yeni nəslin istehlak vərdişlərini nəzərə alan rəhbərlik - Naina Mehdiyeva və Tuğba Uçar onlayn ödəmə platformasında dəyişikliklər edilməsi üçün böyük səylə bütün tətbiqlərini yenilələməkdən ötrü rəhbərlik etdikləri peşəkar komanda ilə dayanmadan çalışırlar.

“İndiki dövrdə müştəriləri məmnun etməklə rəqabət üstünlüyü əldə etməyə çalışan şirkətlər müştərilərə daha çox diqqət etməyə və müştəri yönümlü düşünməyə başlamalıdırlar”, - İdarə heyətinin sədriNaina Mehdiyeva bildirdi. "Müştərilərimizə onların ehtiyaclarına görə formalaşdırdığımız xidmətlər təqdim edirik.Müştərinin məmnuniyyəti bizim üstünlüyümüzdür”, - deyə əlavə etdi.

Bu mövzuda İdarə Heyətinin üzvü, Marketinq vəMəhsulların inkişafı departamentinin rəhbəriTuğba Uçar da, - "Bu sahədəki gələcək planlarımız müştəri məmnuniyyətində davamlı artan bir qrafiklə sektorun xatırlanan markası olmaqdır. Araşdırmalarımızda bu istiqamətdə müsbət inkişafı müşahidə edirik."

Hesab.az hal-hazırda daha da müştəri yönümlü, sadə və sürətli bir şəkildə əməliyyatların ediləcəyi tətbiqlərin əhəmiyyətinin üstündə dayanır və davam edən müddətdə rəqabət yönümlü deyil, tamamilə müştəri məmnuniyyətini ön planda saxlamağı planlaşdırır. İstifadəsi asan, təhlükəsiz və eyni zamanda  Azərbaycanda onlayn ödəmələr bazarında trendi dəyişdirəcək tətbiqlərin inkişaf etdirilməsini şirkət işlərinin mərkəzinə qoymuşlar.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

Вся лента