Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

17:03 - 20.08.2018


20 avqust, Fineko/abc.az.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 180, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında  30-80, Naxçıvan MR Naxçıvançay çayında isə 5  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 85 m3/s olmaqla ongünlük normanın 63 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 55 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 266 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvanda 2, Araz çayının Novruzlu məntəqəsində 3 sm azalma, Salyanda 6, Bankədə isə 16 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2017-ci il avqustun 20-də 352 sm), Şirvanda 185 sm (2017-ci il avqustun 20-də 207 sm), Salyanda 107 sm (2017-ci il avqustun 20-də 138 sm), Bankədə 194 sm (2017-ci il avqustun 20-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 47 sm (2017-ci il avqustun 20-də 58 sm) təşkil edir.

 

Вся лента