“Azəri Light” neftinin qiyməti bir barelə 73,43 dollar təşkl edir

12:18 - 21.08.2018


21 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,02 dollar (0,03%) cüzi enib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 73,43 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin sentyabr fyuçersinin qiyməti  20 avqust tarixli ticarətin nəticəsində 0,52 dollar (0,79%) yüksələrək bir barelə 66,43 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti, 20 avqust tarixli ticarətin nəticəsində 0,38 dollar (0,53%) yüksələrək  bir barelə 72,21 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 17 avqust tarixli ticarətin nəticəsində 5,78 dollar/barelə təşkil edir.

 

Вся лента