Gömrükçülər vətəndaşın gödəkçəsində gizlətdiyi siqaretləri aşkarladı

16:04 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın üzərində olan gödəkçənin içərisindən 3200 ədəd "King" markal siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Вся лента