“Azəri Light” neftinin qiyməti bir barelə 76,15 dollar təşkil edir

10:25 - 24.08.2018


24 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,55 dollar (0,73%) bahalaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,15 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti  23 avqust tarixli ticarətin nəticəsində 0,03 dollar (0,04%) enərək bir barelə 67,83 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 23 avqust tarixli ticarətin nəticəsində 0,05 dollar (0,07%) enərək  bir barelə 74,73 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 23 avqust tarixli ticarətin nəticəsində 6,90 dollar/barelə təşkil edir.

 

Вся лента