13:10 - 24.08.2018
24 avqust, Fineko/abc.az. Azərbaycana gələn turistlərin sayı iyul ayında 5,3%, yanvar-iyul aylarında isə 9,3% artıb.
Dövlət Turizm Agentliyi məlumat verir ki, iyul ayında daxil olan turistlərin sayı ötən ilin iyul ayına nisbətən 5,3% artaraq 330 min təşkil etmişdir.
“Azərbaycana gələn turistlərin üçdə biri və yaxud 119 min nəfəri Rusiya vətəndaşlarıdır. Yaxın Şərq ölkələrindən Azərbaycana gələn turistlər 20%, Gürcüstandan gələnlər isə 15% təşkil edirlər. Ümumilikdə, bu ölkələrdən gələn turistlər Azərbaycana gələn əcnəbi vətəndaşların 70%-ni təşkil edirlər”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, Yaxın Şərq ölkələrindən gələn turistlərin sayı 30% artmışdır və onların əksəriyyəti Səudiyyə Ərəbistanından gələnlərdir. Həmçinin Cənubi və Şərqi Asiya bölgələrindən səyahət edənlər arasında 63% artım müşahidə olunmuş, onların sayı, 24 min nəfər olmaqla, Respublikaya səfər edənlərin ümumi sayının 7%-ni təşkil edir. Eyni zamanda, Rusiya və Türkiyədən gələn turistlərin sayı müvafiq olaraq 2% və 1% azalmış, Gürcüstandan gələnlərin sayı isə 5% artmışdır. İrandan gələnlərin sayı 35% azalmışdır.
“Yanvar-iyul aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 1,65 milyonu ötüb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 9,3% çoxdur. Bir yarım milyon və ya 31,5% Rusiya vətəndaşları, 20% Gürcüstan, 13% Yaxın Şərq, 10%i Türkiyə, 10% İran vətəndaşları təşkil etmişdir”, - məlumatda belə deyilir.
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
26 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
25 Апрель 2024