Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

14:00 - 24.08.2018


24 avqust, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara bölgəsi çaylarında 70-190, Naxçıvan MR Naxçıvançay çayında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Avqustun 24-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 143 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 75 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 111 m3/s olmaqla, ongünlük normanın 162 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16  faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Avqustun 24-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan və Salyan məntəqəsində 2, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Surra məntəqəsində isə 4 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 314 sm (2017-ci il avqustun 24-də 356 sm), Şirvanda 199 sm (2017-ci il avqustun 24-də 207 sm), Salyanda 121 sm (2017-ci il avqustun 24-də 142 sm), Bankədə 172 sm (2017-ci il avqustun 24-də 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 41 sm (2017-ci il avqustun 24-də 60 sm) təşkil edir.

Вся лента