330x110
 

Azərbaycan Aşpazlarının İlk Kongresində “İlk Addım” xeyriyyə layihəsinin təqdmatı keçirilib

24.08.2018,16:00


24 avqust, Fineko/abc.az. Avqustun 21-də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının ilk konqresi keçirilib. Azərbaycan və müxtəlif ölkələrdən 200-dən çox aşpaz və qida istehsalı ilə məşğul olan mütəxəssisin qatıldığı konfrans Fərhad Aşurbəylinin sədrlik etdiyi “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur.

Hesab.az və “Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə təşkil olunmuş “İlk addım”  xeyriyyə layihəsidə tədbir iştirakçılarına təqdim olunub. Xeyriyyə məqsədilə təşkil olunan layihədə əsas məqsəd maddi imkanı zəif olan istedadlı gənclərə dəstək olmaqdır.  Azərbaycanın dörd bir yanından seçilən 4 nəfər maddi imkanı zəif, lakin istedadlı gənclərə kulinariya sahəsində öz arzularını gerçəkləşdirmək üçün bir fürsət veriləcək. Gənclər Türkiyədə təşki lolunmuş aşpazlıq kurslarında 4 ay boyunca təhsil alacaq və aşpazlıq sənətini professional şəkildə öyrənəcəklər. 4 ay ərzində onların bütün xərcləri xeyriyyə aksiyasında yığılan maddi dəstək əsasında təmin olunacaq.

Hesab.az-ın nümayəndəsi olaraq İdarə Heyətinin üzvü, Marketinq və Məhsulların inkişafı departamentinin baş direktoruTuğba Uçar tədbirdə layihə haqqında çıxış etmişdir: “Ümid edirik ki, başladığımız layihə sayəsində maddi imkanı zəif olan istedadlı gənclərə kömək etmək üçün gözlədiyimiz nəticələri əldə edərik. Biz həmişə Goldenpay şirkəti olaraq Azərbaycan gəncliyinin parlaq gələcəyinə əlimizdən gəldikcə yardım etməyə çalışmışıq. Bu layihəyədə insanları bu xeyriyyə aksiyasında maddi, mənəvi cəhətdən yanımızda olmağa dəvət edirəm”.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprelayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobilrabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra billet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Ключевые слова: Hesab az GoldenPay