ARDNŞ daha bir CNG yanacaqdoldurma stansiyası açdı

16:34 - 24.08.2018


24 avqust, Fineko/abc.az. “SOCAR Petroleum” şirkəti Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində  daha bir sıxılmış qaz satışı məntəqəsi (CNG) açdı.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) məlumatına görə, bu, Azərbaycanda üçüncü CNG satış nöqtəsidir.

Cəmi Azərbaycanda SOCAR-ın 27 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

 

Вся лента