5 noyabr tarixində Qəbələdə qızlar üçün FEMMES DIGITALES klubunun 2-ci Regional İKT Konfransı keçiriləcək

14:57 - 3.11.2017


5 noyabr 2017-ci il tarixində “ASAN Xidmət”in Qəbələ Mərkəzində 2-ci Regional İKT Konfransı çərçivəsində qızlar üçün bir sıra tədbirlər keçiriləcək. Artıq ikinci dəfə baş tutan regional konfransın təşkilatçısı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubudur. Bu il tədbirin baş sponsoru «Gilan Holding»dir.

Tədbirin birinci hissəsi çərçivəsində “Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubunun üzvləri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “ASAN Xidmət”, “MONT”, “Cybernet”, “Azertelecom”, “Ultra Technologies” və digər şirkətlərin xanım nümayəndələri informasiya texnologiyaları sahəsində öz karyera tarixçələri ilə bölüşəcək, bu sahədə təhsilin perspektivləri haqqında danışacaq və məktəbli qızlarla ünsiyyət quracaqlar. Həmçinin Qəbələ rayonunun məktəbli qızları arasında İT-startap-ı üçün ən yaxşı ideya müsabiqəsi keçiriləcəkdir. Günün ikinci yarısında isə konfrans iştirakçıları nəticələrin qiymətləndirilməsinə başlayacaqlar.

Konfransın kompyuter təhsilinə istiqamətlənmiş ikinci hissəsi isə beynəlxalq ixtisaslaşmış tədris mərkəzi olan STEP Azerbaijan İT-Akademiyasının iştirakı ilə keçəcəkdir. İT-Akademiyanın nümayəndələri qızları qüvədə olan təlim proqramları ilə tanış edəcək və robot texnikası üzrə təcrübi dərs keçirəcəklər.

Tədbirin sonunda İT-startap-ı üçün ən yaxşı ideya müsabiqəsinin qaliblərinə konfransın sponsorundan və şirkətlərin xanım iştirakçıları tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim ediləcəkdir.

Qeyd etmək lazımdır ki, tədbirin keçirilməsində əsas məqsəd qadın iştirakçıların sayının artırılması, həmin regionda yaşayan və təhsil alan qızlar arasında gələcək karyeranın qurulması və potensial kadrların hazırlanması üçün İKT-nin bir sahə kimi yayılmasıdır.

Xatırladaq ki, 2016-cı ilin 6 noyabr tarixində Masallının “ASAN həyat” kompleksində məktəbli qızlar üçün İKT üzrə 1-ci Regional Konfrans keçirilmişdir. Tədbir məktəbli qızlar və onların valideynləri arasında çoxsaylı müsbət rəylərə səbəb olmuşdur. Bu tədbirdən fotoşəkillərlə aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://www.facebook.com/pg/asanxidmat/photos/?tab=album&album_id=1174060692631619.

http://www.mincom.gov.az

http://femmesdigitales.az

http://bestsolutions.az

http://www.gilanholding.com

http://www.asan.gov.az

www.mont.com

www.cybernet.az

www.azertelecom.az

ultra.az

 

Вся лента