Azərbaycan neftinin qiyməti bir barelə 77,51 dollar təşkil edir

09:20 - 27.08.2018


27 avqust, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  1,36 dollar (1,8%) bahalaşıb.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 77,51 dollar təşkil edir.

“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar),  maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.

“NYMEX” birjasında  “WTI” markalı neftin oktyabr fyuçersinin qiyməti  24 avqust tarixli ticarətin nəticəsində 0,89 dollar (1,31%) yüksələrək bir barelə 68,72 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin oktyabr fyuçersinin qiyməti 24 avqust tarixli ticarətin nəticəsində 1,09 dollar (1,46%) yüksələrək  bir barelə 75,82 dollar təşkil etmişdir.

Neftin “Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi 24 avqust tarixli ticarətin nəticəsində 7,1 dollar / barelə təşkil edir.

 

Вся лента